WhatsAppa yazın

Haqqımızda

Ölkəmizdə geniş vüsət alan tikinti – quraşdırma, həmçinin geodeziya və topoqrafiya işlərinin artmasına və bu sahədə tələbatın artması səbəbi ilə «GEOİD» MMC 2006 – cı ildə təsis edilmişdir. Bu vaxta qədər qeyd olunan işləri azərbaycanlılara bilərək öyrətmirdilər və onlara həvalə etmirdilər. Qısa desək bu şirkət günün tələbi ilə yerli mütəxəssislər tərəfindən quruldu və fəaliyyətə başladı.

GEOiD MMC, paytaxt Bakı yerləşir. Peşəkar layihələndirmə, geodeziya planalma eyni zamanda geodeziya alətlərinin satışı, təmiri və kalibirlənməsi (kalibrasyon) xidmətlərini göstərən bir şirkətdir. 2006-cı ildən bəri bizim çox intizamlı mütəxəssislərdən ibarət komandamız Azərbaycanda dövlət və özəl təşkilatlara, mülkiyyət sahiblərinə, memarlara, bələdiyyələrə, mühəndislərə, sənaye və ticarət qurucularına keyfiyyətli və etibarlı xidmət göstərir. GEOİD MMC olaraq biz hər zaman müştəri məmnunluğuna xüsisi diqqət yetiririk. Müştərilərimizin tələblərini qarşılamaq üçün xidmətlərimizin keyfiyyətini daim yüksəltməyi hədəfləyirik. Şirkətimiz bir sıra dövlət əhəmiyyətli layihələrdə iştirak etmiş və uğurla öz öhdəliklərini yerinə yetirmişdir. Ölkədə həyata küçirilən meqa layihələrin demək olar hər birində podratçı və ya subpodratçı qismində fəaliyyət göstərmişdir.

Şirkətimiz Comnav Technology, Foif və Netcad şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Müştərilərə verdiyimiz xidmətin daha güvənli və qanunvericiliyə uyğun olması üçün laboratoriyamız Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akreditə olunub və ISO17025 beynəlxaq standartına uyğunluq sertifikatı əldə etmişdir.


Sertifikatlar:

Bir kliklə WhatsApp üzərindən bizimlə əlaqə saxlayın

Whatsapp-a yazın